Panamada 5,5 bal gücündə zəlzələ baş verib

Panamada 5,5 bal gücündə zəlzələ baş verib
# 20 fevral 2017 22:55 (UTC +04:00)

Panamada 5,5 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Panama körfəzində yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. “La Estrella de Panama” portalının xəbərinə görə, zəlzələ paytaxt Panamada hiss olunub, sərnişinlər metropolitendən təxliyə edilib, təşvişə düşən sakinlər küçələrə axışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR