Moskvada güclü külək ağacların aşmasına səbəb olub, 6 nəfər xəsarət alıb

Moskvada güclü külək ağacların aşmasına səbəb olub, 6 nəfər xəsarət alıb
# 15 sentyabr 2017 16:28 (UTC +04:00)

Moskvada güclü külək ciddi fəsadlar törədib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, güclü külək nəticəsində 40-dan çox ağac aşıb.

Aşan ağaclar 6 nəfərin xəsarət almasına səbəb olub. Həmin şəxslərdən üçü qadın, ikisi kişi, biri isə 10 yaşlı uşaqdır.

Xəsarət alanlardan dördü xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hidrometeoroloqlar cümə günü güclü külək olacağı barədə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR