Gürcüstanda “Rustavi 2” telekanalının binasında yanğın olub

Gürcüstanda “Rustavi 2” telekanalının binasında yanğın olub
# 26 iyul 2017 23:23 (UTC +04:00)

Gürcüstanda “Rustavi 2” telekanalının binasında güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə telekanalın əməkdaşları məlumat verib.

Gecəyarısı qəflətən əmələ gələn yanğın böyük sahəni əhatə edib, telekanalın avadanlıqlarına ziyan vurub. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis cəlb edilib.

Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil. Gürcüstan Daxili işlər nazirliyinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR