Sabirabadda yük maşının vurduğu piyada ölüb - YENİLƏNİB

Sabirabadda yük maşının vurduğu piyada ölüb  - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2018 03:00 (UTC +04:00)

Sabirabadda avtomobilin vurduğu piyada ölüb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq ağır kəllə-beyin travması alan rayonun Azada kənd sakini 1969-cu il təvəllüdlü Məmmədov Hikmət Qüdrət oğlu Şirvan Şəhər Xəstəxanasında keçinib.

Qeyd edək ki, Hikmət Məmmədov yolu keçərkən mebel daşıyan “Mercedes” markalı yük avtomobili tərəfindən vurulub.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

**** 22.59

Sabirabadda piyadanı avtomobil vurub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Azada kənd sakini 1969-cu il təvəllüdlü Məmmədov Hikmət Qüdrət oğlu yolu keçərkən mebel daşıyan “Mercedes” markalı yük avtomobili tərəfindən vurulub. Kəllə-beyin travması alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR