Azərbaycanda avtomobil istehsalı 17% artıb

Azərbaycanda avtomobil istehsalı 17% artıb
# 16 noyabr 2016 08:53 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 224,2 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 11,1%, sair nəqliyyat vasitələrinin istehsalı 1,4% azalıb, avtomobil və qoşquların istehsalı isə 17,1% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 10 ay ərzində 62,8% az minik avtomobili, 30,3% az ştanqlı quyu nasosları, 4,1% az fəvvarə armaturu istehsal edilib. Bununla yanaşı, hesabat dövründə 882 ədəd traktor, 143 ədəd qoşqular və yarımqoşqular, 498 ədəd yük avtomobili istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR