Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 25% artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 25% artıb
# 13 iyul 2018 12:15 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 15 mln. 202,4 min manat təşkil edib.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 3 mln. 28 min manat və ya 24,87% artım müşahidə edilib.

Sığorta ödənişlərinə gəlincə, iyun ayında bu göstərici 1 mln. 678,8 min manat olub ki, bu da may ayındakı göstəricidən 239,2 min manat və ya 16,62% çoxdur.

Ümumilikdə bu ilin 6 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 11,04%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 179,3 min manat, ödənişləri 69,8 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR