Gəncə sakini Daşkəsəndə bıçaqlanıb

Gəncə sakini Daşkəsəndə bıçaqlanıb
# 16 yanvar 2017 16:37 (UTC +04:00)

Daşkəsəndə bıçaqlanma hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qara Budaqov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alan Q. Budaqov Gəncədəki xəstəxanaların birinə yerləşdirilib. Əməliyyat olunan Q. Budaqovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR