Ermənistanda keçirilən parlament seçkilərində kuryoz olay yaşanıb

Ermənistanda keçirilən parlament seçkilərində kuryoz olay yaşanıb
# 02 aprel 2017 13:07 (UTC +04:00)

Bu gün Ermənistanda keçirilən parlament seçkilərində kuryoz olay yaşanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan səs verən zaman seçki məntəqələrində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat onların heç birinin barmaq izini tanımayıb.

S. Sərkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun bir nəticəsi olmayıb. Prosesin çox uzandığını görən rusiyalı jurnalistlərdən biri bunun nə qədər davam edəcəyini soruşub. S. Sərkisyan isə bu məsələnin onun səlahiyyətinə daxil olmadığını bildirib. Nəhayət, S. Sərkisyan seçki komissiyasına pasportunu təqdim edib, talon alaraq səs verib.

L. Ter-Petrosyan da anoloji durumla üzləşib. Çətinliklə səs verən Ermənistanın birinci prezidenti seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq. Parlament seçkisi Ermənistan prezidenti Sery Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir. Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir. Seçkilərdə hakim düşərgənin əsas rəqibləri qismində Ermənistan Milli Konqresi və “Ohanyan-Raffi-Oskanyan” bloku göstərilir. Parlamentdə təmsil olunmaq üçün 7 faizlik baryeri aşmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR