"Düşmən qarşısında yenilməzliyin təbliği” layihəsinin təqdimatı keçirilib

"Düşmən qarşısında yenilməzliyin təbliği” layihəsinin təqdimatı keçirilib
# 04 oktyabr 2017 11:48 (UTC +04:00)

Nizami Kino Mərkəzində Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərlərimiz olan Azərbaycan ordusunun ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda mübarizədə düşmən qarşısında yenilməzliyin təbliği” layihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə İctimai Birlik tərəfindən hazırlanmış Azərbaycan ordusunun misilsiz qəhrəmanlığını özündə əks etdirən eni 2 metr, uzunluğu 11 metr olan rəsm əsərləri və “Ultimatum” adlı sənədli filmi təqdim edilib.

Tədbirdə çıxış edən Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, millət vəkili Elmira Axundova Azərbaycan ordusunun döyüşə hazırlıq vəziyyətindən danışıb, ordumuzu dünyanın ən güclülərindən biri, regionun lider ordusu kimi dəyərləndiriblər. Qeyd olunub ki, gənclərin milli ruhda tərbiyə olunmasında bu kimi tədbirlərin müstəsna rolu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR