Alim Qasımov Polşada beynəlxalq musiqi festivalında iştirak edəcək

Alim Qasımov Polşada beynəlxalq musiqi festivalında iştirak edəcək
# 17 iyul 2015 11:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova iyulun 18-də Polşada keçiriləcək “Jarocin 2015” musiqi festivalında çıxış edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival çərçivəsində onların Polşanın “Vovo” musiqi qrupu ilə birgə çıxışı planlaşdırılır.

“Vovo” qrupunun iki mahnısını duet şəkilində oxuyan A. Qasımovun ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri “Jarocin 2015” festivalında A. Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər.

Qeyd edək ki, A. Qasımovun növbəti konsert proqramı avqustda Malayziyada reallaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR