Şəmkirdə iki avtomobil toqquşub

Şəmkirdə iki avtomobil toqquşub
# 12 dekabr 2016 12:53 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 411-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, 1962-ci il təvəllüdlü Oruc Vəliyev və sərnişini, 1971-ci il təvəllüdlü Səadət Vəliyeva müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR