Masallı sakinini qətlə yetirən şəxs tutulub

Masallı sakinini qətlə yetirən şəxs tutulub
# 03 avqust 2017 10:48 (UTC +04:00)

Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Şatroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin həmkəndlisi, 1999-cu il təvəllüdlü Qorxmaz Əmir oğlu Hüseynzadə olduğu müəyyən edilib. Q.Hüseynzadə şübhəli şəxs qismində saxlanılıb. Hadisəyə səbəb kimi T.Quliyevin ona söyüş söyməsi göstərilir.

Qeyd edək ki, kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev dünən bıçaq xəsarətləri ilə ağır vəziyyətdə kənd stadionunun yaxınlığında tapılıb. Xəstəxanaya aparılsa da, onu xilas etmək olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR