Trampın qələbəsinə etiraz edən tələbələr ABŞ bayrağını yandırıblar

Trampın qələbəsinə etiraz edən tələbələr ABŞ bayrağını yandırıblar
# 10 noyabr 2016 02:11 (UTC +04:00)

Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar.

APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb.

Nəşrə görə, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər.

Oxşar aksiyalar ABŞ-ın bir neçə ştatında keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını ifadə etmək üçün küçələrə axışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR