® Azercellin jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb

<font color=red>® </font> Azercellin jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb
# 10 noyabr 2016 14:32 (UTC +04:00)

“Azercell Telekom” MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da keçirilən mətbuat konfransında Londona təhsil almağa gedən daha 2 jurnalistin adı açıqlanıb. 2017-ci ildə Londona səfər edəcək qalib jurnalistlər Səadət Məmmədova və Samir Hüseynov olub. Bu jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.

Tədbirdə bu il ingilis dili kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Qeyd edək ki, “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki, təşkil edir. Bu günə kimi yüzlərlə KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

“Azercell” şirkətinin təşkil etdiyi ingilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR