Yəməndə silahlıların hücumu nəticəsində 11 hərbçi ölüb

Yəməndə silahlıların hücumu nəticəsində 11 hərbçi ölüb
# 05 mart 2017 20:07 (UTC +04:00)

Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının silahlılarının hücumları nəticəsində 11 hərbçi həlak olub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Əbyan əyalətində silahlılar nəzarət-keçid məntəqəsinə hücum edərək 6 hərbçini öldürüb. Daha 5 hərbçi Hadramaut əyalətində həlak olub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Ölkənin cənubunda isə İŞİD və “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR