Baş nazir: “Gürcüstan-Azərbaycan-Ukrayna nəqliyyat dəhlizləri yaradıla bilər”

Baş nazir: “Gürcüstan-Azərbaycan-Ukrayna nəqliyyat dəhlizləri yaradıla bilər”
# 28 noyabr 2017 10:59 (UTC +04:00)

“Gürcüstan, Azərbaycan və Ukrayna arasında nəqliyyat dəhlizləri yaradıla bilər”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda çıxışı zamanı Ukraynanın baş naziri Vladimir Qroysman deyib.

Onun sözlərinə görə, Asiyadan Avropa və Baltik ölkələri istiqamətində ciddi dəhlizlər var: “Ukrayna bu dəhlizlər baxımından etibarlı tərəfdaş ola bilər. Biz Gürcüstan-Azərbaycan-Ukrayna arasında dəmir və dəniz yolu dəhlizləri yarada bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR