Şirvanda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Şirvanda naməlum avtomobil piyadanı vuraraq öldürüb
# 05 mart 2017 23:02 (UTC +04:00)

Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə gecə saat 1.30 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.

Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR