Bakıda və Abşeron rayonunda yanğın olub

Bakıda və Abşeron rayonunda yanğın olub
# 27 iyul 2017 00:05 (UTC +04:00)

Bakı şəhəri və Abşeron rayonunda yanğın hadisələri baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan yardımçı tikilinin döşəməsi və içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları 20 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunda isə hər biri 60 m2 olan 3 ədəd istismara yararsız sərnişin vaqonlarının yanar konstruksiyaları və ətrafa dağılmış üzlüklər 300 m2 sahədə yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR