Putin: "Ümid edirəm ki, Moldovaya Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu veriləcək"

Putin: "Ümid edirəm ki, Moldovaya Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu veriləcək"
# 14 may 2018 15:32 (UTC +04:00)

Soçidə Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, iclasda çıxış edən Rusiya prezidenti Vladimir Moldovanın bu gün Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu alacağına və Avrasiya Ali İqtisadi Şurasının geniş iclasında iştirak edə biləcəyinə ümid etdiyini söyləyib: "Məhdud tərkibdə keçirilən iclasda Moldovaya Avrasiya İqtisadi Birliyində müşahidəçi statusunun təqdim edilməsi məsələsinə baxılacaq. Anladığım qədər, Avrasiya Ali İqtisadi Şurasının bütün üzvləri məlum qərarı dəstəkləyirlər. Bu gün razılaşdığımız kimi, Moldovoya müşahidəçi dövlət statusu təqdim edə bilərik".

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın bazasında yaradılıb, 2015-ci il yanrın 1-dən fəaliyyət göstərir. Qurumun üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR