Gələn il Azərbaycanda qızıl və gümüş istehsalı 7%-dən çox artacaq

Gələn il Azərbaycanda qızıl və gümüş istehsalı 7%-dən çox artacaq
# 22 noyabr 2016 07:02 (UTC +04:00)

Bu il Azərbaycanda qızıl hasilatı 0,97% artacaq.

APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Sənəddə 2016-cı ildə ölkədə 2250,88 kiloqramlıq qızıl filizləri və konsentratlar istehsalı ediləcəyi proqnozlaşdırılıb.

Proqnozlara görə, 2017-ci ildə ölkədə 2418,2 kq. qızıl istehsal olunacaq ki, bu da builki proqnozdan 7,44% çoxdur.

Sənəddə qeyd olunub ki, 2018-ci ildə 1410,9 kq, 2019-cu ildə 1638 kq, 2020-ci ildə isə 451,6 kq qızıl filizləri və konsentratları istehsal olunacaq.

Gümüş filizləri və konsentratlarının istehsalına gəlincə, bu il hasilat təxminən 3 dəfə artacaq.

Proqnozlara görə, 2017-ci ildə ölkədə 420,2 kq. gümüş istehsal olunacaq ki, bu da builki proqnozdan 7,47% çoxdur.

Sənəddə qeyd olunub ki, 2018-ci ildə 245,4 kq, 2019-cu ildə 284,6 kq, 2020-ci ildə isə 78,5 kq qızıl filizləri və konsentratları istehsal olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR