Bu il Dövlət İnvestisiya Proqramına ayrılan vəsait açıqlanıb

Bu il Dövlət İnvestisiya Proqramına ayrılan vəsait açıqlanıb
# 26 yanvar 2018 11:23 (UTC +04:00)

2018-ci ildə Dövlət İnvestisiya Proqramına 7 mlrd. 78 mln. manat vəsait ayrılacaq.

Bu barədə “APA-Economics” “2018-ci il dövlət və icmal büdcələri üzrə Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir.

Bildirilir ki, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə 4 mlrd. 824,2 mln. manat, Dövlət Neft Fondunun vəsaitlərindən dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi üçün 891,7 mln. manat, xarici kreditlərə isə 1 mlrd. 362,1 mln. manat vəsait yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR