Noyabrın sonunda “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək

Noyabrın sonunda “Normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək
# 21 noyabr 2016 19:49 (UTC +04:00)

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edib, regionda vəziyyətin pisləşməsini qeyd ediblər.

“Tərəflər həmçinin münaqişəsinin həllinə dair "yol xəritəsi" layihəsinin hazırlanmasını müzakirə edib, noyabrın sonunda “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşünün keçirilməsinə dair razılığa gəliblər”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR