“Azəriqaz” ötən ay 66 çoxmərtəbəli binaya təbii qaz verib

“Azəriqaz” ötən ay 66 çoxmərtəbəli binaya təbii qaz verib
# 05 fevral 2018 08:53 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4 092 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR