Bakı şəhər DYP-nin rəisi işdən çıxarılıb - ƏMR

Bakı şəhər DYP-nin rəisi işdən çıxarılıb - ƏMR
# 07 yanvar 2020 16:23 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov işdən çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR