Neftçala sahilində meyiti tapılmış şəxsin itkin düşən neftçilərdən biri olduğu rəsmən təsdiqlənib

Neftçala sahilində meyiti tapılmış şəxsin itkin düşən neftçilərdən biri olduğu rəsmən təsdiqlənib
# 04 fevral 2017 09:58 (UTC +04:00)

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.

Bu barədə APA-ya Axtarış-Xilasetmə Qərargahından məlumat verilib.

Məlumatda bildirilir ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri – operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu təsdiq edilərək ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR