"Silkway Travel" şirkəti jurnalistlər üçün mediatur təşkil edib - FOTOSESSİYA

"Silkway Travel" şirkəti jurnalistlər üçün mediatur təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2015 10:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Silkway Travel" şirkəti mətbuat nümayəndələri üçün Naftalan şəhərinə 3 günlük mediatur təşkil edib.

APA-Economics” xəbər verir ki, jurnalistlər Azərbaycanda və dünyada müalicəvi xüsusiyyətləri ilə tanınan, “Naftalan yağı”nın yataqları yerləşən Naftalan kurort zonasının ərazisindəki “Qarabağ SPA and Resort” otel kompleksində olublar.

“Qarabağ SPA and Resort” otel kompleksində jurnalistlərə istirahətlərini maraqlı keçirmələri üçün xoş atmosfer yaradılıb.

Belə ki, mətbuat nümayəndələri otelin “Entera Spa və Sağlamlıq” mərkəzində müalicəvi prosedurlardan, “Naftalan yağı” imkanlarından yararlanıb, milli və xarici mətbəxin təamlarından və pəhriz yeməklərindən istifadə ediblər.

Bundan başqa, oteldə “Fitnes mərkəzi”ndə pilates, yoga və aerobika ilə məşğul olmaq, tennis, bilyard, mini golf, basketbol və voleybol meydançalarından istifadə etmək və eləcə də açıq hovuzda üzmək imkanından faydalanmaq mümkün olub. Oteldə həmçinin açıq və daxili hovuzlar, restoranlar, barlar, çay otaqları və kafelər var.

“Qarabağ SPA and Resort” otelinin baş direktoru Orxan Kutluay media nümayəndələri ilə söhbət zamanı otelin imkanlarından və qarşıda duran planlarından danışaraq, otelin bütün imkanlarından istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, bölgənin tək beşulduzlu oteli olan “Qarabağ SPA and Resort” otel kompleksində əlilliyi olan insanlar üçün də bütün imkanlardan çətinlik çəkmədən yararlanmaları üçün şərait yaradılıb. 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunan 132 otaq var. “Qarabağ SPA and Resort”un digər mühüm cəhəti isə burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR