İraq vətəndaşları Trampın fərmanına görə ABŞ-a buraxılmayıb

İraq vətəndaşları Trampın fərmanına görə ABŞ-a buraxılmayıb
# 28 yanvar 2017 22:48 (UTC +04:00)

İraqın 5 və Yəmənin 1 vətəndaşı “EgyptAir” aviaşirkətinin Qahirə-Nyu-York marşrutu ilə uçan təyyarəsinin göyərtəsinə buraxılmayıblar. Buna səbəb ABŞ prezidenti Donald Trampın bir neçə ərəb ölkəsinin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağan olunmasına dair fərman olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” nəşri bildirib.

Qeyd edək ki, Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR