Pompeo: “Tramp və Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib”

Pompeo: “Tramp və Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib”
# 09 may 2018 18:35 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

“Görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcəyinə ümid edirik”, deyə M.Pompeo qeyd edib.

Onun sözlərinə görə, danışıqların bir gün ərzində aparılacağı nəzərdə tutulsa da, müzakirələrdən asılı olaraq görüşün müddəti uzadıla bilər.

Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfər edərək bu ölkənin lideri Kim Çen In ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR