KİV: Tramp milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə yeni namizəd təklif edib

KİV: Tramp milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə yeni namizəd təklif edib
# 15 fevral 2017 21:46 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavir vəzifəsini Hərbi-Hava Qüvvələri vitse-admiralı Robert Harvarda təklif edib.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat verib.

R.Harvardın təklifi qəbul edib-etməməsi hələ ki, məlum deyil.

Fevralın 13-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn istefa verib. O, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə əlaqəsinə dair Ağ Evə tam məlumat vermədiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR