Azərbaycanda qanunsuz narkotik dövriyyəsinə görə 35 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda qanunsuz narkotik dövriyyəsinə görə 35 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib
# 23 iyul 2018 10:23 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 35 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb.

Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya Respublikasının vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR