Bank Of Baku

Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb
# 09 avqust 2021 02:18 (UTC +04:00)

Yeni Moskva vilayətinin “Kalujskoe” magistralının 58-ci kilometrliyində ağır yol qəzası baş verib. 

APA TASS-a istinadən xəbər verir ki, “Kia Rio” markalı avtomobil qarşı zolağa çıxaraq hərəkətdə olan “KamAZ” markalı yük maşını iə toqquşub.

Moskva Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyindən bildirilib ki, hadisə nəticəsində 4 nəfər həlak olub. 

İlkin məlumatlara görə, ölənlər 20-25 yaş aralığındadır.

Federal İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR