DGK nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığını müəyyən edib

DGK nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığını müəyyən edib
# 03 aprel 2018 09:57 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR