Bakıda iki nəfər dəm qazından boğulub - YENİLƏNİB

Bakıda iki nəfər dəm qazından boğulub - YENİLƏNİB
# 27 noyabr 2019 10:20 (UTC +04:00)

Bakıda daha bir nəfər dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.

***

Saat 09:49

Bakıda 25 yaşlı qız dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Səlcuq Elçin, Əcəmi Əsədulla

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR