Göyçayda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Göyçayda minik avtomobili  aşıb, sürücü xəsarət alıb
# 12 dekabr 2016 17:29 (UTC +04:00)

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 192-ci kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisində qeyd alınıb.

Kürdəmir rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Sabit Rüstəm oğlu idarə etdiyi 99-BV-063 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq taxıl sahəsinə aşıb. Hadisə zamanı sürücü Sabit Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR