Səməd Vurğun və Muğan bağlarında pulsuz internet xidməti istifadəyə verilib

Səməd Vurğun və Muğan bağlarında pulsuz internet xidməti istifadəyə verilib
# 30 avqust 2017 15:43 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, İçərişəhər, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR