Son illərdə bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərimizin nəticələri yaxşılaşıb.
APA-nın məlumatına görə, bunu Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
R.Əziziv deyib ki, geridə qalan dövr ərzində bununla yanaşı beynəlxalq olimpiadalarda da müsbət nəticələr əldə olunub.
Direktor Təhsil İnstitutu nəzdində və kənarda peşəkar şuraların yaradılmasının uğurlu olacağına ümid etdiyini qeyd edib.