Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Montin qəsəbəsi ərazisində qeydə alınıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları yol kənarında yerə uzanmış kişini bıçaqlanmış vəziyyətdə aşkar ediblər.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.