Bakıda və Abşeronda bıçaqlanma hadisələri baş verib

 Bakıda və Abşeronda bıçaqlanma hadisələri baş verib
# 03 dekabr 2016 08:30 (UTC +04:00)

Bakı və Abşeronda bıçaqlanma hadisələri baş verib.


APA-nın DİN-inin saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini Rəşad Həsənov münaqişə zəminində həmyerlisi Əyyub İsmayılova bıçaqla xəsarət yetirib.


Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov tutulub.

Dekabrın 2-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən qəsəbə sakini Tariyel Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.


Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulub.



Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR