Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar artıb

Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar artıb
# 03 mart 2017 12:04 (UTC +04:00)

2017-ci ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6329 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 265 386 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4140-ı yaşayış evləri və mənzillər, 26-sı inzibati binalar, 2163-ü isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 7,2% artım, sığorta haqlarının məbləğində isə 67,4% artım müşahidə edilib.

Fevral ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 197, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7 sığorta müqaviləsi bağlanılıb. Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR