Mingəçevirdə kanalda batmış 14 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə kanalda batmış 14 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 02 aprel 2018 17:35 (UTC +04:00)

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** 18.40

Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

***

18:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batdığı ehtimal edilir.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR