MİDA elit yaşayış kompleksləri tikəcək

MİDA elit yaşayış kompleksləri tikəcək
# 26 dekabr 2016 13:58 (UTC +04:00)

"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC-nin ("MİDA" MMC) davamlı fəaliyyət göstərməsi üçün premium məhəllələrdə yüksəkgəlirli mənzil-tikinti layihələrinin həyata keçirilməsinə də diqqət yetiriləcək. "APA-Economics" xəbər verir ki, bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.

Belə ki, MMC boş torpaq sahələrini müəyyən edəcək və uyğun məhəllələrdə elit yaşayış komplekslərinə olan tələbatı qiymətləndirəcək. Bununla da "MİDA" MMC bazar qiymətinə olan layihələrdən əldə etdiyi gəlir payından ərazi üzrə orta bazar qiymətindən aşağı qiymətə olan mənzil təminatı layihələrini subsidiyalaşdıraraq, öz davamlı fəaliyyətini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR