Ötən ay 5662 Yaşıl Kart müqaviləsi bağlanıb

Ötən ay 5662 Yaşıl Kart müqaviləsi bağlanıb
# 08 sentyabr 2017 12:47 (UTC +04:00)

2017-ci ilin avqust ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 5662 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb. İcbari Sığorta Bürosundan “APA-Econbomics”ə verilən xəbərə görə, bunlardan 3733 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1853 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 76 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 266 946 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 4975-i minik, 338-i yük, 302-i qoşqu, 43-ü avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR