Topaz Premyer Liqasının püşkü atılıb

Topaz Premyer Liqasının püşkü atılıb
# 27 iyul 2018 10:42 (UTC +04:00)

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibatı binasında baş tutub.

XXVII Azərbaycan çempionatında mübarizə aparacaq 8 komanda - “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah”ın ilk turdakı rəqibləri müəyyənləşib.

I tur avqustun 11-12-də keçiriləcək.

Qeyd edək ki, 2018/19 mövsümündə 8 komanda dairəvi sistemlə 4 dövrədə qüvvəsini sınayacaq.

I tur

“Keşlə” – “Sabah”

“Qarabağ” – “Zirə”

“Qəbələ” – “Səbail”

“Sumqayıt” – “Neftçi”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR