Moldova Dnestryanıdan rusiyalı hərbçilərin çıxarılmasını tələb edir

Moldova Dnestryanıdan rusiyalı hərbçilərin çıxarılmasını tələb edir
# 04 fevral 2017 16:38 (UTC +04:00)

Moldova Dnestryanı bölgəsində rusiyalı hərbçilərin olmasından narahatdır. APA-nın "Ukrinform"-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Pavel Filipp ATƏT sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ilə görüşü zamanı deyib.

“Biz rusiyalı hərbçilər və silah-sursatın Moldovadan çıxarılmasına və onların beynəlxalq təşkilatların himayəsi altında beynəlxalq müşahidəçilərlə əvəzlənməsini tələb edirik“, - deyə Pavel Filipp bildirib.

P.Filipp həmçinin Dnestryanı bölgəsinə Moldova tərkibində xüsusi statusun verilməsinə ümidvar olduğunu söyləyib. Bu məsələ Dnestryanı münaqişənin nizamlanmasına dair ”5+2” formatında baş tutacaq danışıqlar çərçivəsində müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR