Avropa Parlamentində "Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri" müzakirə olunacaq

Avropa Parlamentində "Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri" müzakirə olunacaq
# 06 fevral 2017 08:33 (UTC +04:00)

Bu gün Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə alt komitəsində “Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri” mövzusunda müzakirə keçiriləcək.

APA-nın məlumatına görə, müzakirədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Salber, Gürcüstanın Aİ-dəki səfiri Natalie Sabanadze və Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol iştirak edəcəklər.

Toplantı Bakı vaxtı ilə 18:00-20:30-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR