Bakıda yol polisi avtomobili minik maşını ilə toqquşub

Bakıda yol polisi avtomobili minik maşını ilə toqquşub
# 11 iyul 2018 12:30 (UTC +04:00)

Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə “28 May” metrostansiyası yaxınlığında baş verib.

Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR