Günəşdə daha bir alışma baş verib

Günəşdə daha bir alışma baş verib
# 09 sentyabr 2017 04:36 (UTC +04:00)

Günəşdə daha bir güclü alışma baş verib.

APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb. Məlumata görə, Günəşdə M 8 sinfinə məxsus böyük alışma baş verib.

Sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu səbəbdən Yerin işıqlı tərəfində radio və GPS siqnallarının qəbulunda problemlər yaranıb.

Günəşdə alışmalar baş verdikdə, ayrılan plazma axını yerə doğru yönəlir. Bunun nəticəsində Yerdə maqnit qasırğaları baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR