Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq
# 18 sentyabr 2017 14:09 (UTC +04:00)

Abşeron rayon Təhsil Şöbəsi Masazır kənd 4 nömrəli tam orta məktəbdəki müəllim çatışmazlığı məsələsinə münasibət bildirib.

Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Abşeron rayon Təhsil Şöbəsi müəllimlərin işə qəbul imtahanından müvafiq bal toplamış müəllimləri Masazır kənd 4 nömrəli tam orta məktəbdəki vakant yerlərə yerləşdirir. Mövcud məsələ ən qısa zamanda həll olunacaq.

Qeyd edək ki, Bakının Masazırda yerləşən 4 nömrəli tam orta məktəbdə rus bölməsi olsa da, şagirdlərə dərs deyəcək müəllimlər yoxdur. Valideynlər bildirib ki, dərslərin bir neçə gündür başlamasına baxmayaraq, müəllimin olmaması səbəbindən onların övladlarına dərs keçilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR