"Azər-Türk Bank"ın İdarə Heyətinin yeni sədrinin seçiləcəyi tarix məlum olub

"Azər-Türk Bank"ın İdarə Heyətinin yeni sədrinin seçiləcəyi tarix məlum olub
# 01 avqust 2015 08:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azər-Türk Bank"ın İdarə Heyətinin yeni sədri avqustun 31-də məlum olacaq.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu ilin avqustun 31-də bankın Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən baş ofisinin inzibati binasında bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Məlumata əsasən, növbəti yığıncaqda bankın İdarə Heyətinin yeni sədri seçiləcək.

Xatırladaq ki, Azər-Türk Bank"ın İdarə Heyətinin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasının iyulun 22-də keçirilən iclasının qərarı ilə 4 il müddətinə ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Fərhad Əsgər oğlu Adıgözəlov icra edir.

Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR