Azərbaycanda alternativ enerji istehsalı kəskin azalıb

Azərbaycanda alternativ enerji istehsalı kəskin azalıb
# 15 dekabr 2017 12:34 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 mlrd. 563,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,4% azalaraq 270,7 mln. manat təşkil edib.


Ötən 11 ay müddətində Azərbaycanda 20 mlrd. 557,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 11 ayı ilə müqayisədə 1,2% azdır.

Bunun 1 623,8 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 11 ayı ilə müqayisədə 9,6% azdır.


Bunun 18 009,8 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 11 ayı ilə müqayisədə eyni səviyyədə qalıb.


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 11,3 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin 11 ayı ilə müqayisədə 29,4% azdır.

İl ərzində ölkədə 38,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 30,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR